ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamının qanuniliyinə baxacaq.
"Cebheinfo.az" xəbər verir ki, məhkəmə Trampın sərəncamın Konstitusiyaya uyğunluğunu yoxlamaq tələbini qəbul edib.
Məhkəmə çox güman ki, 2026-cı ilin aprelində başlayacaq. İyunun sonuna kimi hökm çıxarılacağı gözlənilir.
Qeyd edək ki, Tramp bu sərəncamı prezident vəzifəsinə başladığı gün, yəni 20 yanvar 2025-ci ildə imzalamışdı.
Sərəncamda ABŞ-də qeyri-qanuni və ya müvəqqəti yaşayan valideynlərin uşaqlarının avtomatik olaraq ABŞ vətəndaşı ola bilməyəcəyi qeyd olunurdu.
Trampın bu qərarı 18-ci əsrə aid olan “Əcnəbi düşmənlər” Qanununu sülh dövründə tətbiq etmək istəyi ilə əsaslandırılıb. Bu qərarın məhkəməyə verilməsi ilə başlayan hüquqi proses Ali Məhkəməyə qədər gedib çatıb.