EN

İndoneziyada daşqın qurbanlarının sayı 900 nəfəri ötüb

Bakı. Trend:

İndoneziyanın Sumatra adasında güclü leysanlardan sonra başvermiş daşqınlar nəticəsində azı 908 nəfər həyatını itirib,4200-dən çox insan yaralanıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə İndoneziya Milli FövqəladəHalların İdarəolunması Agentliyi məlumat yayıb.

400-dən çox insanın hələ də adları itkin düşənlərin siyahısındayer alır.

Bundan əvvəl itki sayının təqribən 850, yaralı sayının 2700olduğu deyilirdir.

Qeyd edək ki, ötən həftə İndoneziya, Şri-Lanka və Tailanda daxilolan güclü siklon bölgədə təbii fəlakətlərə o cümlədən torpaqsürüşmələrinə səbəb olub.

Məqalədə:
Chosen
51
az.trend.az

1Sources