EN

Çernobıl AES-in sarkofaqı artıq radiasiyadan qorumur –MAQATE

Çernobıl Atom Elektrik Stansiyasındakı (Çernobıl) yeni sarkofaq dron hücumundan sonra radioaktiv materialları saxlamaq qabiliyyəti də daxil olmaqla, əsas təhlükəsizlik funksiyalarını itirib.

AzPost bildirir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) 2025-ci ilin fevral ayında dron hücumu nəticəsində zədələnmiş sarkofaqın yoxlanılmasından sonra bildirib.

Eyni zamanda, MAQATE-nin hesabatında agentliyin mütəxəssislərinin dəstəkləyici strukturlarda və ya monitorinq sistemlərində heç bir dönməz ziyan aşkar etmədiyi bildirilir. MAQATE-nin baş direktoru Rafael Qrossi saxlama yerinin təcili bərpasının zəruriliyini vurğulayıb.

Sarkofaqın müvəqqəti təmirinin 2026-cı ildə Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə aparılması və qoruyucu strukturun müharibə bitdikdən sonra tam bərpa edilməsi planlaşdırılır.

AzPost.az

Chosen
58
azpost.info

1Sources