EN

Gürcüstanda azərbaycanlı deputatın direktor bibisi həbs olundu - FOTO

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyi bölgələrdə keçirdiyi əməliyyatlar çərçivəsində 5 vəzifəli şəxsi korrupsiya ittihamı ilə həbs edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həbs edilənlər arasında Marneulidəki 4 saylı orta məktəbin direktoru Dilara Darğallı da var. Onun vətəndaşdan 300 dollar rüşvət tələb etdiyi iddia olunub.

Gürcüstan DTX-nin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze həbslərlə bağlı açıqlama verib. O, faktlarla bağlı Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə istintaq aparıldığını deyib.

Qeyd edək ki, Dilara Darğallı Gürcüstan parlamentinin azərbaycanlı deputatı Zaur Darğallının bibisidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
184
14
milli.az

10Sources