EN

DÇ-2026-da yeni qaydalar

BAKI, 6 dekabr. TELEQRAF

2026-cı il dünya çempionatında baş məşqçilər və futbolçular matçların fasiləsi zamanı televiziya üçün müsahibə verəcəklər.

Teleqraf xəbər verir ki, bu FIFA tərəfindən tətbiq edilən yeni qaydalar çərçivəsində həyata keçiriləcək.

Bütün milli komandalar yayımçı şirkət üçün nümayəndə təqdim etməyin məcburi olacağı barədə xəbərdar edilib.

Bundan əlavə, yığmalara oyunlardan iki gün əvvəl mətbuat konfransı keçirmək təklif olunacaq.

Qeyd edilir ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksika ərazisində keçiriləcək.

Chosen
101
teleqraf.com

1Sources