Bakı. Trend:
Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk DövlətləriTəşkilatına (TDT) üzv ölkələrin diaspor məsələlərinə məsul dövlətqurumları rəhbərlərinin 7-ci iclası çərçivəsində ikitərəfligörüşlər keçirilib.
Bu barədə Trend-ə Azərbaycan Respublikasının Diasporla İş üzrəDövlət Komitəsindən məlumat verilib.
Komitə sədri Fuad Muradov Qazaxıstan Respublikasının “OtandastarFondu”nun prezidenti Daniyar Kadyrov və Özbəkistan RespublikasınınMillətlərarası Münasibətlər və Xaricdə Yaşayan Həmvətənlərlə İşüzrə Komitəsinin sədri Kahraman Sarievlə görüşüb.
Görüşlərdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədəinkişafından danışılıb, diasporlarımızın ortaq fəaliyyət imkanlarımüzakirə edilib.
Özbəkistan və Qazaxıstan tərəfi Azərbaycanın diaspor təcrübəsiniyüksək qiymətləndirdiklərini və bu təcrübədən faydalanmağınzəruriliyini diqqətə çatdırıblar.
Əməkdaşlıq sahəsində dinamiklik müsbət dəyərləndirilib,Azərbaycan, özbək və qazax diasporlarının görüşlərinin təşkili iləbağlı razılığa gəlinib.