EN

Azərbaycanın Rumıniyadakı səfiri Timişoarada rəsmi görüşlər keçirdi

Dekabrın 5-də Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Qudsi Osmanov Timişoaranın meri və hakim koalisiada olan “Rumıniya Xilaskərlar Birliyi” (USR) partiyasının sədri Dominik Frits ilə rəsmi görüş keçirib.

Bu barədə Publika.az-a səfirlikdən məlumat verilib. Qeyd edilib ki, görüşdə mümkün əməkdaşlıq imkanları, Timişoara ilə Azərbaycan arasında yeni əlaqələrin qurulması və ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı müzakirə olub.

Səfir Qudsi Osmanov şəhərin multikultural xarakterini, beynəlxalq əməkdaşlığa açıqlığını, gənclərin ictimai həyatda fəallığını və özünəməxsus, unikal memarlığını vurğulayaraq, bunun 2023-cü ildə Timişoaranın Avropanın Mədəniyyət Paytaxtı statusu alması, beynəlxalq səviyyədə tanınması və onun mədəni potensialının önə çıxmasına mühüm töhfə verməsini qeyd edib. O, Azərbaycan ilə Rumıniya əlaqələrinə toxunaraq, iki ölkənin regionları arasında əməkdaşlığının qarşılıqlı faydasından danışıb.

Öz növbəsində mer Dominik Frits Timişoaranın “şəhər diplomatiyası” konsepsiyasına sadiqliyini və Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində marağını ifadə edib. Həmçinin, şəhərin rəhbəri Timişoara şəhəri tərəfindən təsis olunan Avropa Dəyərləri Mükafatı, və hər il təşkil olunan Timişoara Şəhər Sammiti barədə danışaraq, bu tədbirlərin şəhərin Avropa dəyərləri və müzakirələri ilə əlaqələndirən təşəbbüslər adlandırıb.

Rumıniyada dövlət səviyyəsində qeyd olan Milad Bayramı və bu ölkədə qeyd olan Müqəddəs Nikolay günü ərəfəsində səfir XX əsrin ortalarında Timişoarada inşa olunmuş və Rumıniyanın ən mühüm dini məbədlərdən biri olan “Müqəddəs Üç Hiyerarx” kilsəsini ziyarət edib.

Chosen
30
10
publika.az

10Sources