EN

Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqaz regionunda legitimliyi, qanuniliyi və beynəlxalq hüququn üstünlüyünü təmin edib.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki,  bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dohada keçirilən beynəlxalq forumda deyib.

 

"Biz ədalətli sülhə əsaslanaraq Cənubi Qafqazda yeni reallıqlar və yeni status-kvo yaradırıq. Sülh dağa qalxmağa bənzəyir, ona görə də qarşımızda çox iş var", - o qeyd edib.

 

Prezidentin köməkçisi əlavə edib ki, Bakı və İrəvan rəsmiləri müxtəlif kanallar vasitəsilə müntəzəm təmasdadırlar və əldə edilmiş razılaşmaların tam həyata keçirilməsi üzərində fəal işləyirlər.

Chosen
30
11
senzor.az

10Sources