ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Suriya Prezidenti Əhməd Şaraa və Livanın Baş naziri Nəvaf Salam Qətərin paytaxtı Dohada görüşüblər.
Bizimyol.info xəbər verir ki, ABŞ-da yerləşən "X" sosial media platformasında paylaşım edən Livan Baş naziri Salam, Qətərdə keçirilən "Doha Forumu 2025"in açılışında Suriya Prezidenti Şaraa ilə görüşdüyünü bildirib.
Salam, görüşün Livan və Suriya arasında əməkdaşlığın gücləndirilməsi və ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə yönəldiyini bildirib.
Livan Baş naziri Salam, 8 dekabr 2024-cü ildə Bəəs rejiminin süqutundan sonra, 14 apreldə Dəməşqə gedib və Şaraa ilə görüşüb.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.