Amerikalı milyarder İlon Mask Avropa İttifaqı (Aİ) tənqid edərək onun ləğv edilməsinə və suverenliyin üzv dövlətlərə qaytarılmasına çağırış edib.
Day.Az xəbər verir ki, Mask bu barədə "X" hesabında yazıb.
"Avropa İttifaqı ləğv edilməli, suverenlik ayrı-ayrı ölkələrə qaytarılmalıdır ki, hökumətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsinlər", - deyə o, paylaşımda qeyd edib.