Bu gün Misli Premyer Liqasında 14-cü tura start verilib.
QOL.az xəbər verir ki, ilk oyun gününə bir matç nəzərdə tutulub.
Turun açılış matçında “Zirə” öz meydanında “Qarabağ”ı qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hazırda Ağdam klubu 29 xalla çempionatın lideridir. “Zirə” isə 26 xalla turnir cədvəlində ikincidir.
Bu komandalar arasında ilk dövrədə keçirilən görüşdə qalib aşkarlanmayıb – 1:1.
6 dekabr (şənbə)
17:00. “Zirə” - “Qarabağ” - 1:1
Qol: İssa Cibrila, 31 (1:0), Enrike Kustodio, 44-avtoqol (1:1)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Vüsal Məmmədov
Zirə İdman Kompleksinin stadionu
7 dekabr (bazar)
14:00. “Karvan-Yevlax” - “Şamaxı”
8 dekabr (bazar ertəsi)
17:00. “Qəbələ” - “Turan Tovuz”
20:00. “Sabah” - “Neftçi”
9 dekabr (çərşənbə axşamı)
17:00. “Araz-Naxçıvan” - “Kəpəz”
19:30. “Sumqayıt” - “İmişli”

Bombardirlər:
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Coy-Lens Mikels (“Sabah”) - 6 qol
Toral Bayramov (“Qarabağ”) - 5 qol
Aleksandr Ramalinqom (“Sumqayıt”) - 5 qol
Velko Simiç (“Sabah”) - 4 qol
Abdullah Zubir (“Qarabağ”) - 4 qol
Bassala Sambu (“Neftçi”) - 4 qol
Emin Mahmudov (“Neftçi”) - 4 qol
Karim Rossi ("Şamaxı") - 4 qol