Bakı. Trend:
Yeni konstitusiyaya əsasən, Suriyada prezident seçkiləri dördildən sonra keçiriləcək.
Trend xəbər verir ki, bunuSuriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa Dohada keçirilənforumda açıqlayıb.
Onun sözlərinə görə, milli dialoq üzrə geniş konfrans keçirilibvə nəticədə müvəqqəti konstitusiya bəyannaməsi qəbul edilib. Busənəd prezidentə beş il müddətinə hakimiyyətdə qalmaq səlahiyyətiverir. Bu beş illik dövr ərzində bir sıra qanunların qəbulediləcəyi və dövlət idarəetmə sisteminin əsasını təşkil edəcək yenikonstitusiyanın hazırlanacağı nəzərdə tutulur. Suriyanın keçiddövrü prezidenti qeyd edib ki, dörd ildən sonra mütləq prezidentseçkiləri keçiriləcək.
O həmçinin bildirib ki, keçid dövrünün mürəkkəbliyi və spesifikxüsusiyyətləri prosesin daha çox vaxt tələb etməsinə səbəbolur.
Əlavə olaraq, o vurğulayıb ki, ölkənin ağır vəziyyətinəbaxmayaraq, keçid hökuməti parlament seçkilərini təşkil edib və buproses mövcud şəraitə uyğun şəkildə həyata keçirilib.