EN

Suriya Prezidenti Şaraa Doha Forumunda Qətər Əmiri ilə danışıqlar aparıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Suriya Prezidenti Əhməd əş-Şaraa Dohada keçirilən 23-cü Doha Forumunun ilk günündə Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüş keçirib. Görüş ikitərəfli münasibətlərin inkişafı və regional gündəmin müzakirəsinə həsr olunub.

TurkicWorld xəbər verir ki, görüş barədə məlumat X platformasında dərc olunub. Tərəflərin danışıqlarında Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani də iştirak edib.

Forum çərçivəsində Prezident Şaraa rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Al Jazeera” media mərkəzini də ziyarət edib və qurumun baş direktoru Şeyx Nasir bin Faysal Al Sani ilə görüşüb.

“Ədalətin qurulması: sözlərdən əmələ” şüarı ilə keçirilən Doha Forumunda bu il 160-dan çox ölkədən 6 mindən artıq nümayəndə və 471 spiker iştirak edir.

Chosen
27
turkic.world

1Sources