EN

Beyləqanda AĞIR QƏZA: Ölən və yaralılar var

Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, yol nəqliyyat hadisəsi rayon ərazisində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza zamanı 1 nəfər ölüb, 2 nəfərin isə xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
17
1
paralel.az

2Sources