Bu gün Misli Premyer Liqasında 14-cü tur start götürüb.
Fanat.Az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.
Lider “Qarabağ” rəqib meydanında ən yaxın təqibçisi “Zirə” ilə qarşılaşıb. Tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Matçdan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin çalışdırıcısı Rəşad Sadıqov oyun barədə fikirlərini bölüşüb:
"Olduqca ağır oyun keçdi. Vurulan qola qədər oyun bizim üçün daha rahat gedirdi ancaq biz fərqləndikdən sonra "Qarabağ" sürəti artırdı. Çətinlik çəksək də oyunçularımız əzmkarlıq göstərdi. Hissənin sonunda etdiyimiz top itkisindən sonra rəqib hesabı bərabərləşdirdi. "Qarabağ"ın ustalığını, gücünü bir daha üzərimizdə hiss etdik. Rəqib 3 gün sonra çox vacib matça çıxır. Onlara uğurlar arzulayırıq. Heç-heçə hər iki komanda üçün ədalətli nəticə oldu. "Qarabağ"dan qazanılan hər xal çox dəyərli və önəmli olur"
Kamil Xudiyev