EN

Zelenski Uitkoff, Kuşner və Qnatovla telefonla danışdı Sülh gündəliyi müzakirə edildi

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşner və Ukrayna Baş Qərargah rəisi Andriy Qnatovla telefon danışığı aparıb.Bizim.Media xəbər verr ki, bu barədə Zelenski sosial şəbəkə hesabında məlumat verib.“Biz bir çox məsələlərə diqqət yetirdik və əsas məqamları kifayət qədər sürətlə müzakirə etdik. Bu məqamlar qan tökülməsinin dayandırılmasını, Rusiyanın üçüncü müdaxilə təhlükəsinin aradan qaldırılmasını və həmçinin Rusiyanın vədlərini yerinə yetirməməsi riskinin aradan qaldırılmasını təmin edə bilər.Ukrayna həqiqətən sülh müqaviləsinin bağlanması üçün ABŞ tərəfi ilə gələcəkdə də səmimi işləməyə hazırdır. ABŞ ilə ünsiyyət formatı və növbəti addımlar barədə razılığa gəldik. Prezident Trampa bu intensiv yanaşmasına görə təşəkkür edirik”.Qeyd edək ki, daha əvvəl ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoff, müşavir Cared Kuşnerlə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Andrey Qnatovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti arasında görüş olub. Daha sonra ABŞ nümayəndə heyəti Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşüblər.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
2
bizim.media

3Sources