EN

Boksçularımız Dünya kubokunda 4 medal qazanıblar

Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən boks üzrə Dünya kuboku başa çatıb. Azərbaycan millisi 15 ölkənin qatıldığı yarışda 4 medal qazanıb.

Məşqçi Rafiq İsmayılovun rəhbərlik etdiyi komandada Malik Həsənov (67 kq) Dünya kubokunun qalibi olub. O, finalda Enxtor Teqşjarqalı (Monqolustan) məğlub edərək qızıl medala yiyələnib.

Digər boksçularımızdan Yadigar Əliyev (51 kq) gümüş, Əli Miriyev (60 kq) və Novruzəli Quliyev (75 kq) bürünc mükafat əldə edib.

Azərbaycan boksçuları neft ölkələri arasında Dünya kubokunda mübarizə aparacaqlar

ABF rəhbərliyi dünya çempionatından öncə milli üzvləri ilə görüşüb

Dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil edəcək

Azərbaycan boksçusu Avropa çempionu olub

Boksçumuz Avropa çempionatının finalına yüksəlib

Chosen
80
11
apasport.az

10Sources