EN

Əş-Şaraa: Suriyada prezident seçkiləri dörd ildən sonra keçiriləcək

Suriyada prezident seçkiləri dörd ildən sonra yeni konstitusiya çərçivəsində keçiriləcək.

APA xəbər verir ki, bu barədə Doha Forumunda çıxış edən Suriya prezidenti Əhməd əş-Şaraa məlumat verib.

"Biz hərtərəfli milli dialoq konfransı keçirdik və nəticədə müvəqqəti konstitusiya bəyannaməsi qəbul edildi. Bu bəyannamə prezidentə beş il hakimiyyətdə qalmağa icazə verdi. Bu müddət ərzində çoxsaylı qanunlar qəbul ediləcək və hökumət sisteminin əsas prinsipinə çevriləcək konstitusiya hazırlanacaq. Biz mütləq dörd ildən sonra seçkilər keçirəcəyik", - əş-Şaraa bildirib.

O, keçid hökumətinin ölkənin düşdüyü çətin şəraitə baxmayaraq parlament seçkilərini təşkil etdiyini və bu prosesin mövcud vəziyyətə uyğun olaraq adekvat infrastrukturun olmaması halında baş verdiyini də vurğulayıb.

Chosen
6
2
apa.az

10Sources