Şəmkirdə ağır qəza olub.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə hadisə Şəmkir Kür qəsəbəsi yolunda qeydə alınıb. Belə ki hərəkətdə olan Hyundai ilə digər minik maşını toqquşub. Toqquşma zamanı 1956-cı il təvəllüdlü Huseyn Məmmədov hadisə yerində ölüb. Əraziyə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.