"Minimum ödəniş et, pulunu 2-3 qat atırıb geri qaytaraq".
Bakıvaxtı.az bildirir ki, sosial şəbəkələrdə şans oyunlarından pul qazandırmaq adı ilə bu cür elanlar verilir. Üstəlik, səhifələrdə onlara müraciət edərək yüksək məbləğlərdə pul qazananların olduğu göstərilən paylaşımlar da edilir. Buna inanaraq, belə sosial şəbəkə hesablarına yazan, hətta pul göndərənlər də az deyil.
"Xəzər Xəbər"ə müraciət edən vətəndaş da belə dələduzluqla üzləşdiyini bildirib.
Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sosial şəbəkələrdə saxta səhifələrin açılması və insanların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı polisə məlumatlar daxil olur. Edilən hər bir müraciət əsasında araşdırma aparılır və həmin şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər görülür.
Nazirlik rÉ™smisi bir daha vÉ™tÉ™ndaÅŸlara heç bir iqtisadi É™sası olmayan bu cür sÉ™hifÉ™lÉ™rÉ™ aldanmamağı, internet üzÉ™rindÉ™n edilÉ™n cÉ™lbedici tÉ™kliflÉ™rÉ™ vÉ™ ÅŸirniklÉ™ndirici vÉ™dlÉ™rÉ™ qarşı diqqÉ™tli olmağı, ÅŸÉ™xsi vÉ™ bank kartı mÉ™lumatlarını heç kimlÉ™ bölüşmÉ™mÉ™yi, tanımadıqları ÅŸÉ™xslÉ™rÉ™ onlayn qaydada ödÉ™niÅŸ etmÉ™mÉ™yi tövsiyÉ™ edib.Â
Daha ətraflı videomaterialı təqdim edirik.