EN

Hindistanda gecə klubunda yanğın oldu: Ölənlərin sayı 23-ə çatdı

BAKI, 7 dekabr. TELEQRAF

Hindistanın şimalındakı Qoa ştatında gecə klubunda baş verən yanğında 23 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Indian Express qəzeti məlumat yayıb.

Bildirilib ki, məlumat Qoa baş prokuroru Alok Kumar tərəfindən təsdiqlənib.

Hadisə ötən gecə Şimali Qoa ştatının Arpora şəhərindəki klubda baş verən yanğın nəticəsində 23 nəfər ölüb. Polisin məlumatına görə, hadisə Baqadakı məşhur Birch by Romeo Lane klubunda gecə yarısı baş verib. İlkin ehtimala görə, yanğın silindr partlayışından qaynaqlanıb və ilk olaraq birinci mərtəbədəki mətbəxi əhatə edib. Yanğın artıq söndürülüb.

İlkin məlumatlara görə, ölənlərin əksəriyyəti klub işçiləridir.

Chosen
62
teleqraf.com

1Sources