EN

Çin Qəzza üçün 100 milyon dollarlıq yardım ayıracaq

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Çin prezidenti Si Cinpin ölkəsinin Qəzzada humanitar böhranın yüngülləşdirilməsi və fələstinlilərin bərpa səylərinə dəstək üçün 100 milyon dollar humanitar yardım ayıracağını açıqlayıb.

TurkicWorld xəbər verir ki, Si Cinpin bu bəyanatı Pekində Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra keçirilən birgə mətbuat konfransında səsləndirib. O, Çinin Qəzzada sülh prosesinin irəliləməsinə və münaqişənin diplomatik yolla həllinə sadiq olduğunu vurğulayıb.

Si qeyd edib ki, Pekin Fələstinin bərpası üçün əlavə yardım ayırır və bu paket Avropa İttifaqının apreldə açıqladığı üçillik 1,6 milyard avroluq yardım planından kiçik olsa da, Çinin bölgəyə davamlı siyasi-humanitar dəstəyinin göstəricisidir.

Chosen
33
turkic.world

1Sources