EN

Makron Zelenskiyə zəng etdi

Fransa Prezidenti Emmanuel Makron Ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb.

Publika.az xəbər verir ki, o, bu barədə "X" sosial media platformasında paylaşım edib.

Fransalı siyasətçi deyib ki, o, həmsöhbətini Ukrayna nizamlanmasına dair son “beynəlxalq müzakirələrinin” nəticələri, o cümlədən Çindəkilər barədə məlumatlandırıb . Makron təsdiqləyib ki, dekabrın 8-də o, Zelenski, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın baş naziri Kir Starmer Kiyev və Vaşinqton nümayəndə heyətləri arasında son görüşlərlə bağlı Londonda “koordinasiyanı davam etdirəcəklər” .

Bir gün əvvəl Ukrayna lideri ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və siyasətçinin kürəkəni Cared Kuşnerlə telefon danışığını elan edib. Danışıqda Kiyev adından həmçinin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Ukrayna Baş Qərargahının rəisi Andrey Qnatov da iştirak edib.

Chosen
26
33
publika.az

10Sources