EN

ABŞ narkokartellərə qarşı mübarizədə quru hədəflərinə zərbələr endirməyə başlayacaq

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələri Latın Amerikasında narkokartellərləmübarizə məqsədi ilə yaxın vaxtlarda quru ərazilərindəki hədəflərəzərbələr endirməyə başlayacaq.

Trend xəbər verir ki, bunuABŞ Prezidenti Donald Tramp Dövlət Departamentində keçirilən rəsmiqəbul zamanı açıqlayıb.

Trampın sözlərinə görə, Vaşinqton bu məsələdə "çox sərt mövqe"nümayiş etdirib və bunun nəticəsində ABŞ-yə dəniz yolu ilə narkotiktədarükü 94 faiz azalıb.

"Biz eyni tədbirləri quruda da həyata keçirəcəyik, çünki bütünmarşrutları, bütün binaları, onların harada yaşadığını bilirik.Onlar haqqında hər bir məlumata malikik", – deyə prezidentbildirib.

O əlavə edib ki, ötən il ABŞ-də narkotik istifadəsi səbəbindəntəxminən 300 min insan həyatını itirib.

"Bu, dəhşətli bir müharibədir və biz buna göz yummayacağıq", –Tramp vurğulayıb.

Chosen
96
1
az.trend.az

2Sources