EN

Gecə klubunda yanğın: 25 ölü var - VİDEO

Hindistanın Qoa ştatında gecə klubunda baş vermiş yanğın nəticəsində 25 nəfər həlak olub, onların arasında azı 4 turist var.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat polis rəisi Alok Kumarın açıqlamasında yer alıb.

Kumarın sözlərinə görə, daha yeddi nəfərin şəxsiyyəti müəyyənləşdirilir. Hadisə nəticəsində azı 50 nəfərin xəsarət aldığı bildirilir.

İlkin məlumata görə, Arpora kəndindəki "Birch by Romeo Lane" adlı gecə klubunda baş vermiş yanğının səbəbi müəssisənin mətbəxindəki qaz balonunun partlaması olub.


Bizim.Media

Chosen
35
50
bizim.media

10Sources