Bakı. Trend:
Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Rayonunda baş verənbir sıra yol-nəqliyyat qəzalarında doqquz nəfər ölüb, yeddi nəfəryaralanıb.
Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerlihakimiyyətə istinadən bildirib.
Məlumata əsasən, hadisələr 6 dekabrda yerli vaxtla saat 22:00-daTaçen dairəsinin Usu şəhər qəzasında sürətli yolun müxtəlifhissələrində baş verib.
Xəsarət alalar xəstəxanaya aparılıb və onlara tibbi yardımgöstərilir.