EN

FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində taktiki-xüsusi təlim keçirib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Baş əməliyyat idarəsinintəşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuİdarəsinin ərazisində “Fövqəladə hallar zamanı xəbərdarlığıntəşkili, dağıntılar altında qalanların axtarışı və qəza-xilasetməişlərinin aparılması zamanı qüvvə və vasitələrin idarə edilməsi”mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Nazirlikdən Trend-ə bildirilib ki, təlimin keçirilməsində məqsədQoruğun ərazisində yaşayan əhalinin və fəaliyyət göstərənobyektlərin əməkdaşlarının üzləşə biləcəyi fövqəladə hallarla bağlıməlumatlandırılması, fövqəladə hallar zamanı fəaliyyət üzrəəməliyyat və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi və buistiqamətdə mövcud planların reallığının yoxlanılması, habeləmüvafiq maarifləndirmə işinin aparılması olub.

Tədbirə FHN və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuİdarəsinin ümumilikdə 46 nəfərdən ibarət şəxsi heyəti və 6 xüsusitexnikası cəlb edilib.

Təlim praktiki və nəzəri hissədən ibarət olub. Nəzəri hissədəFHN əməkdaşları tərəfindən “İçərişəhər” Dövlət Tarix-MemarlıqQoruğu İdarəsinin əməkdaşlarına fövqəladə hallar və bunlarla bağlıdavranış qaydaları, o cümlədən təxliyənin təşkili məsələləri barədəgeniş məlumat verilib, suallar cavablandırılıb. Praktiki hissədəQoruğun ərazisində baş vermiş şərti yanğınla müşayiət olunan“partlayış”la əlaqədar yaranmış vəziyyətin qiymətləndirilməsi,qüvvə və vasitələrin hadisəyə çevik reaksiyası, habelə kəşfiyyat,axtarış-xilasetmə və qarşılıqlı fəaliyyətin təşkili üzrəkomandir-rəis heyətinin fəaliyyətləri təşkil olunub. Şərti yanğınnazirliyin yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdəsöndürülüb, “hadisə” baş vermiş binada “köməksiz vəziyyətdə qalmış”şəxslər xilasedicilər tərəfindən “xilas edilərək ilk yardımgöstərildikdən” sonra aidiyyəti üzrə təhvil verilib.

Daha sonra təlim çərçivəsində əldə edilmiş nəticələrinmüzakirəsi məqsədilə toplantı keçirilib, müvafiq tapşırıqlarverilib.

FHN
FHN
FHN
FHN
FHN
FHN
FHN
FHN
Chosen
31
17
az.trend.az

10Sources