Bakı. Trend:
Abşeron rayonu ərazisində bir nəfər polisə müraciət edərəkçalışdığı un məmulatı sexindən 1150 manat dəyərində mobiltelefonunun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron Rayon Polisİdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdəşübhəli bilinən O.İgdaliyev və V.Əliyev müəyyən olunaraqsaxlanılıb.
Rayon ərazisində yerləşən avtoyuma məntəqəsindən 300 manat puloğurlamaqda şübhəli bilinən 30 yaşlı Ş.Salmanov və D.Rəsulov dapolis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla məlum olubki, D.Rəsulov digər bir obyektdən 1200 manat dəyərində elektrikavadanlığı da oğurlayıb.
Araşdırmalar aparılır.