EN

Azərbaycan millisi beynəlxalq turnirdə keçirdiyi ikinci oyunda da qələbə qazandı

Azərbaycanın basketbolçu qızlardan ibarət U-16 millisi Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunan XXVIII beynəlxalq turnirdə keçirdiyi ikinci oyunda da qələbə qazanıb.

Fanat.Az xəbər verir ki, yığma Qazaxıstan ilə qarşılaşıb.

Görüş Azərbaycan komandasının 74:60 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, U-16 turnirdəki ilk matçında meydan sahibi Belarusu 65:61 hesabı ilə məğlub etmişdi.

Chosen
30
10
fanat.az

10Sources