Azərbaycan II Liqasında ikinci dövrə start götyürüb.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək 12-ci turun açılış günündə bir oyun baş tutub. "Qaradağ Lökbatan" "Ağstafa Gəncləri"nin qonağı olub. Səfərdə minimal hesablı qələbə qazanan Qəzənfər Abbasovun komandası "Xankəndi"ni qabaqlayaraq zirvəni ələ keçirib.
12-ci tur çərçivəsində bazar ertəsi iki, çərşənbə axşamı üç oyun keçiriləcək.
Azərbaycan II Liqası
12-ci tur
7 dekabr
“Ağstafa Gəncləri” – “Qaradağ Lökbatan” 0:1
Qol: T.Nəsibov, 8.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Ağstafa şəhər stadionu.