EN

Ukrayna Rusiya Müsəlmanları Ruhani İdarəsinin rəhbərini qara siyahıya saldı

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Rusiya Müsəlmanları Ruhani İdarəsinin və Müftilər Şurasının sədri Ravil Qaynutdin Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına daxil edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Sayt 2014-cü ildə yaradılıb. Onun məqsədi Ukraynanın milli təhlükəsizliyini təhdid edən hər kəsin şəxsi məlumatlarını müəyyən etmək və dərc etməkdir. Son illərdə “Mirotvorets” Krıma, Donbasa səfər etmiş və ya başqa anti-Ukrayna addımlar atmış jurnalistləri, sənətçiləri və siyasətçiləri qara siyahıya salıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
76
1
bakivaxti.az

2Sources