EN

Karvan ın azarkeşləri üsyan elədi: Oynaya bilmirsinizsə, çıxın gedin! VİDEOLAR

Mia.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yevlaxın "Karvan" klubunun bu gün "Şamaxı"ya növbəti məğlubiyyətindən (0:3) sonra stadionda azarkeşlərlə komanda üzvləri arasında emosional anlar yaşanıb.

Mia.az xəbər verir ki, öz meydanında məğlubiyyətlə barışmayan azarkeşlər qonaqların 3-cü qolundan sonra öz komandasını fit səsiylə "topa tutub".  

Azarkeşlər "oynaya bilmirsinizsə, çıxın gedin", - deyə səslənib. "Karvan" üzvləri azarkeşlərin könlünü ələ almaqçün tribunaya yaxınlaşmağa çalışıb, lakin, etirazla üzləşiblər. 

Üstəlik, yevlaxlılar doğma komandanın acığına rəqibi alqışlarla meydandan yola salıb.

Yeri gəlmişkən, bu, "Karvan"ın ardıcıl 3-cü məğlubiyyətidir.

Zülfiyyə Mustafayeva

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
mia.az

1Sources