EN

Belə şeyə öyrəşməmişəm – Keyn nəyi deyir?

“Bavariya”nın və İngiltərə yığmasının ulduz hücumçusu Harri Keyn het-trik etdiyi Bundesliqanın 13-cü turunda “Ştutqart”la oyunda (5:0) sonradan meydana çıxmasını şərh edib.

Publika.az xəbər verir ki, “Bavariya”nın mətbuat xidməti Keynin sözlərini sitat gətirib:

“Bu, öyrəşmədiyim bir şeydir, amma bu mövsüm bir neçə dəfə oldu. Məşqçi məndən təravətli qalmağımı və enerjimi qorumağımı istədi. 60 dəqiqədən sonra meydana çıxdım və biz boşluqdan istifadə edib qollar vura bildik. Həftə ortası kubok matçında çətin mübarizə apardıq, amma bu gün sonuncu yarım saatda səfərdə ən yaxşı komandaya qarşı oynayırdıq, amma son 30 dəqiqədə daha güclü görünürdük və onları cəzalandırdıq”.

Chosen
86
publika.az

1Sources