EN

Almaniya Fələstini dövlət kimi tanımağa tələsmir

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Almaniya, bəzi avropalı tərəfdaşlarından fərqli olaraq, yaxın gələcəkdə Fələstini dövlət kimi tanımaq niyyətində deyil.

"Report"un məlumatına görə, bunu Almaniya kansleri Fridrix Merts İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında deyib.

Almaniya hökumətinin başçısı qeyd edib ki, ilk növbədə sülh planının mərhələli şəkildə həyata keçirilməsi vacibdir:

"Sonunda nə olacağını bu gün heç kim bilmir. Vəziyyət belə olduğu üçün Almaniya hökuməti digər Avropa dövlətlərindən fərqli olaraq Fələstin dövlətini vaxtından əvvəl tanımaqdan imtina edib. Biz yaxın gələcəkdə bunu etməyəcəyik", - Merts deyib.

Onun fikrincə, hazırda Fələstin dövlətinin yaradılması üçün "heç bir şərait" yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
5
azpolitika.info

8Sources