EN

Əbu Dabi Maliyyə Həftəsi işə başlayır

Yeniazerbaycan portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dekabrın 8-də Əbu-Dabidə 4-cü qlobal Maliyyə Həftəsi işə başlayacaq. Dekabrın 11-dək davam edəcək tədbirdə dünya ÜDM-nin yarısından çoxuna bərabər olan, qlobal miqyasda 62 trilyon dollardan çox aktivləri idarə edən şirkətlərin liderləri, Baş direktorları və təsisçiləri iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, həftə ərzində 60-dan çox tədbir, 300-dən çox sessiya keçiriləcək, 800 beynəlxalq mütəxəssis çıxış edəcək.

Əbu-Dabi Maliyyə Həftəsinin rəsmi sözçüsü Məhəmməd əl-Muheyri bildirib ki, tədbir Əbu-Dabi Qlobal Bazarının (ADGM) və bütün Əbu-Dabi iqtisadi ekosisteminin aparıcı mövqeyini göstərir.

Maliyyə Həftəsi ərzində Əbu-Dabi İqtisadi Forumu, Qlobal Bazarlar Sammiti, İnvestorlar Forumu, Qrinviç İqtisadi Forumu, İnfrastruktur Forumu və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
7
yeniazerbaycan.com

8Sources