Basketbolçu qızlardan ibarət U-16 millimiz Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunan 28-ci beynəlxalq turnirdə keçirdiyi ikinci oyunu da qələbə ilə başa vurub.
"Football-plus.az" xəbər verir ki, yığma bu dəfə Qazaxıstandan güclü olub - 74:60.
Qeyd edək ki, U-16 turnirdəki ilk matçında Belarusu 65:61 hesabı ilə məğlub etmişdi.