Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Dekabrın 9-dan 10-na keçən gecə Yer kürəsində güclü maqnit qasırğası baş verəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, dekabrın 8-də gecə saatlarında Günəşdə qeydə alınan M8.1 sinifli partlayış nəticəsində Yerə yüksək sürətli plazma axını müşahidə olunacaq. Bu səbəbdən dekabrın 9 və 10-da G2-G3 səviyyəli (orta və güclü) maqnit qasırğası proqnozlaşdırılır.
İnstitutun məlumatına görə, partlayış güc baxımından orta səviyyəli olsa da, mərkəzi Günəş-Yer xəttinə yaxın baş verdiyi üçün onun təsiri daha güclü olacaq və bu təsiri azalda biləcək heç bir amil yoxdur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.