EN

Rusiya Ukraynada Peçenej su anbarının bəndinə zərbə endirdi

Yenisabah saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya Ordusu Xarkov vilayətində yerləşən Peçenej su anbarının bəndinə zərbə endirib, zədələnən bənd üzərindən avtomobillərin hərəkəti tamamilə dayandırılıb.

APA-nın xəbərinə görə, bu barədə Peçenej qəsəbə şurasının rəhbəri Aleksandr Qusarov “Telegram”-da paylaşım edib.

Qeyd edilib ki, bu gündən etibarən Peçenej bəndi üzərindən nəqliyyatın hərəkəti mümkün deyil.

Peçenej su anbarı Şimalı Dones çayı üzərində yerləşir və regionun əsas hidrotexniki obyektlərindən biri hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
13
yenisabah.az

10Sources