Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ prezidenti Donald Trampın daxili təhlükəsizlik Katibi Kristi Noemi işdən çıxarmaq planları ilə bağlı mediada yayılan xəbərlər yalandır.
"Unikal" xÉ™bÉ™r verir ki, bunu AÄŸ Evin sözçüsü Ebigeyl Cekson sosial media platforması X-dÉ™ bildirib.Â
"Bulwark" nəşri keçmiş Daxili Təhlükəsizlik Departamentinin rəsmilərinə istinadən Noemin işdən çıxarılma ehtimalı barədə məlumat yayıb. Nəşrin məlumatına görə, Ağ Evin yüksək vəzifəli rəsmiləri departamentin fəaliyyətindən narazı qalıblar.
Ağ Evin sözçüsü yazıb: "Bu "hesabat" - "Bulwark"ın özü kimi - tamamilə saxta xəbərdir! Katib Noem Prezidentin gündəliyini həyata keçirmək və Amerikanı yenidən təhlükəsiz etmək üçün əla iş görür".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.