ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff Nyu-Yorkda İsrail və Qətər nümayəndələri arasında gizli görüş təşkil edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Qeyd edilib ki, İsrail tərəfinə “Mossad”ın rəhbəri David Barnea başçılıq edəcək. Qətəri isə yüksək vəzifəli rəsmilərdən biri təmsil edəcək.
"Axios" yazır ki, görüşün əsas mövzusu Qəzza zolağındakı vəziyyət və HAMAS hərəkatının tərksilah edilməsi olacaq.