EN

Trampın oğlu: ABŞ Ukrayna sülh sazişinə getməsə, onu tək buraxa bilər...

ABŞ prezidentinin böyük oğlu Ukrayna hakimiyyətini korrupsiyada ittiham edərək Kiyevin müharibəni uzatdığını iddia edib...

Poliqon Sky News telekanalına istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın böyük oğlu Dohada keçirilən konfransda çıxışı zamanı Ukrayna ilə bağlı sərt açıqlamalar verib. Kiçik Tramp Kiyev rəhbərliyini “korrupsioner” adlandırıb və Ukraynanın guya sülh yollarını araşdırmaqda maraqlı olmadığını iddia edib.

Onun sözlərinə görə, Ukraynaya ayrılan milyardlarla dolların xərclənməsi üzərində real nəzarət olmayıb.

“Ukraynaya pul axırdı və heç kim o pulların hara getdiyini yoxlamırdı”, deyə kiçik Tramp vurğulayıb

ABŞ prezidentinin oğlu iddia edib ki, Ukrayna hakimiyyəti müharibənin uzanmasında maraqlıdır və bu, Qərb yardımının davam etməsinə xidmət edir.

Trampın oğlu həmçinin Ukrayna prezidenti Vladimir Zelenskini tənqid edərək bildirib ki, Zelenski döyüşlər dayansa, seçkilərdə qalib gəlməyəcəyini bildiyi üçün müharibənin uzanmasına çalışır.

Kiçik Tramp çıxışı zamanı Avropa İttifaqının sanksiya siyasətinə də toxunub. Onun fikrincə, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar effektiv deyil, əksinə, neft qiymətlərini artıraraq Moskvanın müharibəni maliyyələşdirməsinə şərait yaradır.

Konfrans zamanı verilən “Donald Tramp Ukrayna sülh sazişinə razılaşmasa, Kiyevi tamamilə tək buraxa bilərmi?” sualına cavab olaraq Trampın oğlu bunun mümkün olduğunu deyib.

“Atam dünyanın ən proqnozlaşdırılmayan siyasətçilərindən biridir”, deyə prezidentin oğlu vurğulayıb.

Kiçik Tramp əlavə edib ki, ABŞ bundan sonra “başqaları üçün hesab ödəyən sadəlöhv dövlət olmayacaq” və yardım siyasəti daha sərt şərtlərlə formalaşacaq.

Ekspertlər bildirirlər ki, bu bəyanatlar Vaşinqtonun Ukrayna siyasətində mümkün dəyişikliklərin ilkin siqnalı kimi qiymətləndirilə bilər və Kiyevin danışıqlara yönəldilməsi üçün təzyiq vasitəsi kimi şərh olunur.

Poliqon.info

Chosen
33
50
poliqon.info

10Sources