EN

Çində 200 milyon illik dinozavr izləri TAPILDI – FOTO

Çində 200 milyon illik dinozavr izləri aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Global Times” nəşri məlumat yayıb. Bu, Ducyanyan bölgəsində tapılan ilk belə izlərdir və elmi baxımdan böyük əhəmiyyət kəsb edir.

Nəşrin məlumatına görə, Çin paleontoloqları yaşı 200 milyon il olan dinozavr izlərini aşkar ediblər. Bu, Ducyanyan ərazisində dinozavr izlərinin ilk kəşfi hesab olunur.

Bildirilir ki, sözügedən tapıntı dinozavrların erkən təkamülünün öyrənilməsi və qədim mühitlərin (ekosistemin) bərpası üçün dəyərli fiziki sübutlar təqdim edir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
103
interpress.az

1Sources