EN

Merz təhqirlərə DÖZMƏDİ – Yüzlərlə insanı MƏHKƏMƏYƏ VERDİ

Fridrix Merz internetdəki təhqirlərə görə yüzlərlə şikayət ərizəsi verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Welt am Sonntag” nəşri sənədlərə, vəkil məktublarına və istintaq materiallarına istinadən məlumat yayıb.

Polis şübhəlilərin evində axtarış aparıb, əlil qadının telefonu müsadirə edilib.

Məlumata əsasən, almaniyalı siyasətçi Fridrix Merz internetdə ünvanına yazılan təhqirlərlə bağlı hüquq-mühafizə orqanlarına yüzlərlə şikayət ərizəsi təqdim edib.

Qəzetin yazdığına görə, iki iddia üzrə şübhəli bilinən şəxslərin evlərində polis tərəfindən axtarış aparılıb.

Daha bir ittiham olunan şəxsin – əlilliyi olan yaşlı qadının isə telefonu polis əməkdaşları tərəfindən müsadirə edilib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
84
interpress.az

1Sources