EN

Tayland-Kamboca sərhədində atəşkəs pozulub: mülki əhali təxliyə olunur

Bakı. Trend:

Kamboca ordusunun hərbçiləri Taylandla sərhəd bölgəsində yenidənatəş açıb.

Trend xəbər verirki, bu barədə Tailand Ordusunun İkinci Hərbi Dairəsi məlumatyayıb.

Qeyd olunub ki, Kamboca hərbi qüvvələrinin Çonq An Ma bölgəsindəatəş açması sərhəd bölgəsində vəziyyəti gərginləşdirib. Buriram,Surin, Sisaket və Ubon Raçathani əyalətlərindəki mülki əhalinintəxminən 70%-i təxliyə edilib. 35,600 nəfər müvəqqəti sığınacaqlarayerləşdirilib, digərləri qohum evlərinə və ya hələ də köçürülür.Namyung rayonunda evakuasiya zamanı bir mülki şəxs həlak olub.

Tailand Kral Hərbi Hava Qüvvələri Kamboca silahlı qüvvələrininmövqelərinə zərbələr endirib. Bəyanatda qeyd olunub ki, əməliyyatTailandın milli təhlükəsizliyi və sərhəd sakinlərinin müdafiəsiməqsədilə həyata keçirilib. Kamboca ağır silahları səfərbər edib vədöyüş hissələrini qruplaşdıraraq atəşə dəstək verib ki, bu daəməliyyatların genişlənməsi riskini artırıb.

Tailand ordusunun məlumatına görə, Plan Hin Pat Kon bölgəsindəbaş verən toqquşmalardan sonra Kamboca qoşunları maksimum döyüşhazırlığı vəziyyətinə gətirilib və sərhəd boyunca qüvvələriniartırıb.

Baş nazir Anuthin Çanvirakun Banqkokdakı Hökumət Evindətəhlükəsizlik rəsmilərinin fövqəladə iclasını çağırıb və KambocanınRM-70 və BM-21 raket sistemlərini sərhədə yaxınlaşdırmasısəbəbindən planlaşdırılan səfərini ləğv edib.

Son məlumatlara görə, sərhəddə baş verən toqquşmalarda 1 Tailandəsgəri ölüb, 4-ü yaralanıb.

Chosen
41
az.trend.az

1Sources