EN

Telegram artıq parolsuz giriş sisteminə keçir– Passkey aktiv edildi

Telegram messenceri istifadəçilər üçün yeni təhlükəsizlik mərhələsinə keçib və daxilolma zamanı SMS-kodlar və ənənəvi parollardan imtina etməyə başlayıb.

AzPost xəbər verir ki, tətbiq iOS və Android cihazlarda Passkey texnologiyasını aktiv edib və bu funksiya istifadəçilərə hesaba parolsuz, biometrik identifikasiya ilə daxil olmaq imkanı yaradır. Yenilik 7 dekabrdan etibarən işə salınıb və artıq geniş istifadəyə açıqdır. Passkey hesabın qorunmasını daha etibarlı edir, çünki giriş üçün yalnız barmaq izi və ya üz skanı kimi biometrik təsdiq tələb olunur. Bu da həm parolun unudulması problemini aradan qaldırır, həm də SMS təsdiqləmə mərhələsini keçməyə ehtiyac qoymur.

Ekspertlər bildirirlər ki, belə mexanizm hesab oğurluğu riskini xeyli azaldır və istifadəçilərə sürətli avtorizasiya təklif edir. Funksiyanı aktiv etmək üçün istifadəçi ilk dəfə girişdə xüsusi açar yaradır və cihaz üzərində identifikasiya prosedurundan keçir. Qeyd olunur ki, sözügedən funksiya təhlükəsizlik standartlarına uyğun olaraq cihazda saxlanılır və üçüncü tərəflərə ötürülmür.

Bundan əvvəl Telegram-ın yaradıcısı Pavel Durov TON blokçeyn bazasında İİ inteqrasiyalı Cocoon adlı hesablama şəbəkəsini də elan etmişdi. Layihənin məqsədi istifadəçilərə məxfi mühitdə süni intellekt əməliyyatlarını yerinə yetirmək imkanı təqdim etməkdir. Yeni giriş texnologiyası isə platformanın təhlükəsizlik və gizlilik siyasətini daha da gücləndirən addım kimi qiymətləndirilir.

AzPost.az

Chosen
27
1
azpost.info

2Sources