EN

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasında 14-cü tur davam edir. 

Fanat.Az xəbər verir ki, dörd günü əhatə edəcək tur çərçivəsində bu gün iki oyun keçiriləcək.

Günün ilk qarşılaşmasında bölgə komandaları - "Qəbələ" ilə "Turan Tovuz" üz-üzə gələcəklər. Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu "qırmızı-qaralar" doğma meydanda Kurban Berdiyevli "boz qurdlar"ı qəbul edəcəklər. Tovuzlular səfərdən maksimum nəticə ilə dönsə, liderin ən yaxın izləyicisi statusuna yenidən yiyələnmək imkanı əldə edəcək.  

Turun prinsipial görüşlərindən biri Masazırda baş tutacaq. "Neftçi" səfərdə "Sabah"ın qonağı olacaq. Kubokda mübarizədən kənarlaşdırılan "ağ-qaralar" bu gün xal itirsə, avrokubok şansını da xeyli azaltmış olacaq. Hər halda, xal itkisi iddialılarla fərqin ikirəqəmli ədədlə ifadə olunacağı anlamına gələcək ki, marafonun qalan yarım hissəsində bu fərqi aradan qaldırmaq müşkülə çevriləcək.

Qeyd edək ki, turun şənbə günü keçirilən açılış oyununda "Zirə" ilə "Qarabağ" xal bölgüsünə (1:1) razılaşıblar, bazar günü isə "Şamaxı" səfərdə "Karvan-Yevlax"ı darmadağın (3:0) edib. Tura dekabrın 9-da yekun vurulacaq.

Misli Premyer Liqası

14-cü tur

7 dekabr 

17:00. "Qəbələ" – "Turan Tovuz"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov.

VAR: Nicat İsmayıllı, Şirmamed Mamedov.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: İlham Əliyev.

Qəbələ. Şəhər stadionu

20:00. "Sabah" – "Neftçi"

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.

VAR: Rauf Cabarov, Rəhman İmami.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Emin Cəfərov.

Masazır. "Bank Respublika Arena".

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
1
fanat.az

2Sources