EN

Türkiyənin Kayseri şəhərində Qarabağ Zəfərinin 5 ci ildönümü qeyd olunub

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ankara, 7 dekabr, AZƏRTAC

Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərən Hidayət Aydoğan Sosial Elmlər Liseyində Qarabağ Zəfərinin 5-ci ildönümü münasibəti ilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Şuşa Azərbaycan Evinin sədri Elşən Qənbərov, Kayseri valiliyinin baş müfəttişi Cüneyt Orhan Toprak, Talas rayon administrasiyasının rəhbəri İlyas Memiş, Talas Təhsil İdarəsinin müdiri Osman Malkoçoğlu, lisey rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər.

Çıxış edənlər Qarabağ Zəfərinin Türk dünyası üçün tarixi əhəmiyyətindən danışaraq, şəhidlərə rəhmət, qazilərə minnətdarlıq ediblər.

Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığı vurğulanıb, milli kimlik şüurunun möhkəmləndirilməsi, tarixi irsə bağlılıq ifadə olunub.

Tədbir müəllim və şagirdlərin birgə səyləri ilə hazırlanan şeir və musiqi proqramı ilə yekunlaşıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

-1 / 5

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
75
azertag.az

1Sources