Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb.
Xezerxeber.az xəbər verir ki, bunu Benin Prezidenti Patris Talon milli televiziyada yayımlanan xalqa müraciətində bildirib.
“Hərbi qulluqçulardan ibarət kiçik bir qrup üsyan törədib və bu, ordumuz tərəfindən dərhal yatırılıb”, – deyə dövlət başçısı vurğulayıb. Onun sözlərinə görə, çevrilişin bütün ocaqları zərərsizləşdirilib və üsyançıların xəyanət aktı cəzasız qalmayacaq.
Prezident qeyd edib ki, hakimiyyət ölkədə vəziyyətə tam nəzarət edir. “Vəziyyət tam nəzarət altındadır. Hər yerdə təhlükəsizlik və ictimai asayiş təmin olunacaq”, – deyə o əlavə edib. Əlavə edib ki, vətəndaşlar gündəlik işləri ilə təhlükəsiz şəkildə məşğul ola bilərlər.