EN

13 nəfər yanaraq ölüb -Ötən həftənin statistikası


Ötən həftə ərzində 187 yanğına çıxış, 28 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Medicina.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 43 nəfər xilas edilib, 30 nəfər təxliyə olunub, 20 nəfər xəsarət alıb, əməliyyatlar zamanı 13 nəfərin meyiti təhvil verilib.

Chosen
11
22
medicina.az

10Sources