EN

Güclü maqnit qasırğası gözlənilir: Tarix AÇIQLANDI

İkiqat Günəş partlayışı və plazma atışından sonra 9 və 10 dekabr tarixlərində G2-G3 səviyyəli maqnit qasırğalarının olacağı proqnozlaşdırılır.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının "Telegram" kanalında məlumat verilib.

Maqnit qasırğalarının təsirinin 9 dekabr günortadan sonra pik həddə çatacağı gözlənilir.

İlkin hesablamalara görə, geomaqnit anomaliyaları 11 dekabr cümə axşamına qədər davam edəcək.
Chosen
92
1
7news.az

2Sources